QR CodeQR Code

Yəhudilər Ukraynanı tərk edir

26 Dec 2014 13:25

IslamTimes - Ukraynanın 5 min nəfərdən çox yəhudi əsilli vətəndaşı müharibədən ehtiyatlanaraq 2014-cü ildə İsrailə gediblər.


Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu, İsrail hökuməti ilə birlikdə yəhudilərin münaqişə zonasından köçürülməsi proqramını gerçəkləşdirən Xristian və yəhudilərin beynəlxalq qardaşlığının (IFCJ) məlumatında əksini tapıb. Köçürülənlərin 1.300 nəfəri hərbi əməliyyatlar zonasındandır. 
Yəhudi agentliyinin qiymətləndirməsinə görə, 200 min ukraynalı İsrail vətəndaşlığına iddia verə bilər. IFCJ və qeyri-kommersiya yəhudi agentliyi bütün dünyada yəhudilərin köçürülməsinin təşkilinə bu il 2 milyon dollar xərcləyib. 


Story Code: 428244

News Link :
https://www.islamtimes.org/az/news/428244/yəhudilər-ukraynanı-tərk-edir

Islam Times
  https://www.islamtimes.org