0
Saturday 27 December 2014 - 11:15

Lənkəranda qətl hadisəsi baş verib.

Story Code : 428440
Lənkəranda qətl hadisəsi baş verib.
Hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.  Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovları bıçaqla vuraraq, onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.
Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl Ağayev yaxalanıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Comment