QR CodeQR Code

Şok iddia: Gülənin Rusiyadakı məktəblərində CİA agentləri çalışırdı

Publika.az , 27 Dec 2014 16:39

İslamtimes - Türkiyəli jurnalist yazar Latif Ərdoğan Fethullah Gülənin məktəbləri ilə bağlı şok bir iddia irəli sürüb.


Publika.az-ın verdiyi xəbərə görə, “A Haber” kanalının “Deşifrə” kanalının qonağı olan yazar Gülənin məktəblərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentlərinin müəllim kimi çalışdığını bildirib. “Gülənin xaricdəki məktəblərində CIA agentləri müəllim olaraq çalışdı. Bu “sizin əmrinizdəyik” anlamına gəlirdi. Xüsusilə, Türkiyə Rusiyaya açılan qapı idi. Amerika Rusiyaya girə bilmirdi. Amerika CİA agentlərini müəllim adı ilə bu məktəblərə yerləşdilər. Bu məktəblərdə əslində CIA agentləri olaraq çalışdılar”, – Latif Ərdoğan bildirib. Yazar Gülənin zəkasının orta səviyyədə, ancaq yaddaşının çox güclü olduğunu deyib.


Story Code: 428532

News Link :
https://www.islamtimes.org/az/news/428532/şok-iddia-gülənin-rusiyadakı-məktəblərində-cia-agentləri-çalışırdı

Islam Times
  https://www.islamtimes.org