0
Saturday 27 December 2014 - 16:40

Gülən ABŞ-dan qaçır

Story Code : 428533
Gülən ABŞ-dan qaçır
ANS PRESS-in məlumatına görə, onun bu planının həyata keçməsi üçün qeyri-qanuni əməlləri ifşa olandan sonra Kanadaya qaçan sabiq TSQ (Türkiyə Silahlı Qüvvələri) imamı H.Ö. hazırlıq işləri görür. Bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər yayıb. Planın hazırlığı haqqında məlumatı isə təhlükəsizlik orqanları əldə edib. Hazırda Pensilvaniyada yaşayan Gülən əgər Kanadaya keçərsə, “Ergenekon” cinayətində düyün nöqtələrindən biri kimi göstərilən Tuncay Güney kimi təhlükəsizliyini təmin edəcəyi bildirilir. Qeyd edək ki, Türkiyədə “Paralel hökumət” əməliyyatı çərçivəsində on gün əvvəl keçirilən məhkəmədə din xadimi Fəthullah Gülənin haqqında həbs qərarı çıxıb. O, terror təşkilatına liderlikdə təqsirləndirilir.
Source : Ans
Comment