QR CodeQR Code

Gülən ABŞ-dan qaçır

Ans , 27 Dec 2014 16:40

İslamtimes - Barəsində həbs qətimkan tədbiri seçilən Fəthullah Gülənin ABŞ-ın onu təslim edəcəyini düşünərək, Türkiyə ilə ekstradisiya razılığı olmayan Kanadaya qaçmaq istədiyi iddia edilir.


ANS PRESS-in məlumatına görə, onun bu planının həyata keçməsi üçün qeyri-qanuni əməlləri ifşa olandan sonra Kanadaya qaçan sabiq TSQ (Türkiyə Silahlı Qüvvələri) imamı H.Ö. hazırlıq işləri görür. Bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər yayıb. Planın hazırlığı haqqında məlumatı isə təhlükəsizlik orqanları əldə edib. Hazırda Pensilvaniyada yaşayan Gülən əgər Kanadaya keçərsə, “Ergenekon” cinayətində düyün nöqtələrindən biri kimi göstərilən Tuncay Güney kimi təhlükəsizliyini təmin edəcəyi bildirilir. Qeyd edək ki, Türkiyədə “Paralel hökumət” əməliyyatı çərçivəsində on gün əvvəl keçirilən məhkəmədə din xadimi Fəthullah Gülənin haqqında həbs qərarı çıxıb. O, terror təşkilatına liderlikdə təqsirləndirilir.


Story Code: 428533

News Link :
https://www.islamtimes.org/az/news/428533/gülən-abş-dan-qaçır

Islam Times
  https://www.islamtimes.org