0
Sunday 28 December 2014 - 14:00

Lavrov Avropanın Qafqaz planına son nöqtəni qoydu

Story Code : 428707
Lavrov Avropanın Qafqaz planına son nöqtəni qoydu
Axar.az xəbər verir ki, bu ilin son həftəsində Avrasiya İttifaqına qəbul edilən Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalamaqdan imtina edib. Bununla Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulan 5-ci ölkə olub.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov AB-nin Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq sazişini imzalanmaq istəyini Rusiya sərhədlərini əhatə etməsi kimi dəyərləndirib. Beləliklə, Lavrov bu açıqlama ilə Rusiyanın AB-nin istəyinə konkret mövqe nümayiş etdirib. 
Regional Araşdırmalar Mərkəzinin sədri Riçard Qiraqosyan Rusiyanın təzyiqinin arxasında başqa mühüm daxili amillərin də olduğunu, bunun da prezident Serj Sərkisyanın AB-dən imtinasına təsir göstərdiyini bildirib.
Qiraqosyan Ermənistandakı müxalifət partiyalarının hökuməti ciddi tənqid etdiyini, Avropa Birliyi ilə yaxınlaşmanın Rusiya ilə münasibətləri təhlükəyə atacağını vurğulayıb.
Comment