0
Monday 29 December 2014 - 13:06

NATO gizli şəkildə Əfqanıstandan getdi

Story Code : 428952
NATO gizli şəkildə Əfqanıstandan getdi
"Musavat.com"un məlumatına görə, NATO öz tədbirini gizli şəkildə həyata keçirməli olub. Əcnəbi hərbçilər Talibanın hücumundan ehtiyat etdiklərinə görə tədbir təntənədən uzaq olub.
Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi İSAF adlı hərbi qrup Əfqanıstanda hərbi təlimlər keçəcək və orduya dəstək verəcək.
"Əl Cəzirə" telekanalı bildirir ki, NATO ilə Əfqanıstan arasındakı rəsmi münasibətlər bununla da başa çatır.
Bu il Əfqanıstanda xüsusilə itkilər çox olub. Belə ki, ölkə 4.600 nəfər əsgər və polis itirib. 
Qeyd olunur ki, bununla belə, Əfqanıstanda 12.500 əcnəbi hərbçi qalacaq. Onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Ancaq yerli orduya hər cür yardım göstərəcəklər. 
2011-ci ildə isə Əfqanıstanda olan əcnəbi hərbçilərin sayı 130 min nəfər idi. Onlar 50 ölkəni təmsil edirdilər. 
Bundan sonra isə 350 minlik Əfqanıstan ordusu bütün məsuliyyəti öz üzərinə götürməli olacaq. 
Televiziyanın şərhçisi qeyd edib ki, sadə əfqanlar NATO-nun gedişindən narahatdır. Onlar qorxurlar ki, ölkədə siyasi stabillik yenidən təhlükə altına düşə bilər. Talibanın fəallaşması da sadə insanlar tərəfindən xoş qarşılanmır. 
Comment