QR CodeQR Code

Rusiya təyyarəsi Estoniyaya girdi

30 Dec 2014 08:31

IslamTimes - Estoniya Silahlı Qüvvələri Baş Qərargahı Rusiyaya məxsus An-72 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğu barədə rəsmi açıqlama verib.


Axar.az Ria.ru-ya istinadla xəbər verir ki, məlumatda An-72 təyyarəsinin Estoniyanın Vaydloo rayonu üzərində hava sərhədini pozduğu və 1,2 dəniz mili qədər ölkə sərhədlərinə doğru hərəkət etdiyi qeyd olunur.
Medianın məlumatına görə, dekabrın 25-də baş verən bu olayla bağlı Rusiyanın Estoniyadakı səfirliyi sabah bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılacaq və ona nota təqdim ediləcək.
Rusiya Müdafiə Nazirliyi isə məlumatı təkzib edib və Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin beynəlxalq hava marşrutuna dəqiqliklə əməl etdiyini, heç bir ölkənin sərhədini pozmadığını açıqlayıb.


Story Code: 429121

News Link :
https://www.islamtimes.org/az/news/429121/rusiya-təyyarəsi-estoniyaya-girdi

Islam Times
  https://www.islamtimes.org