0
Thursday 4 November 2010 - 17:51

İsrail-Böyük Britaniya arasında qalmaqal

Story Code : 42939
İsrail-Böyük Britaniya arasında qalmaqal
İsrail-Böyük Britaniya arasında qalmaqal
İsrail hökuməti Birləşmiş Krallığa gedən İsrail rəsmilərini həbs etmək cəhdinə cavab olaraq bu addımı atıb. Məlumatı İsrail XİN yayıb.
İsrail XİN bəyan edib ki, Britaniya hökuməti İsrail məmurlarının həbsi barədə order verilməsinə nəzarət etmək fikrindədir. Həmçinin İsrail rəsmiləri fələstinlilərin israilli hərbçi və məmurları həbs etdirmək üçün Britaniya məhkəmələrindən istifadə edə biləcəklərindən narahatlıqlarını ifadə ediblər.
Britaniya 2009-cu ilin dekabrında İsrailin keçmiş xarici işlər naziri Tsipi Livninin həbsi barədə order çıxarıb. Orderi London məhkəməsi fələstinli iddiaçıların iddiasına əsasən çıxarıb.
Bu il noyabrın əvvəlində İsrailin kəşfiyyat naziri Dan Meridor həbs olunacağından ehtiyatlandığı üçün Böyük Britaniyaya səfərini təxirə salıb. /apa/
Comment