QR CodeQR Code

Obama məsuliyyəti öz üzərinə götürdü

4 Nov 2010 17:58

IslamTimes - ABŞ prezidenti Barak Obama Demokratlar partiyasının ölkə Konqresinə keçirilən seçkilər zamanı məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.


“Bir prezident kimi, adminstrasiyanın ölkədə işsizlik səviyyəsini aşağı salmaqla bağlı daha operativ tədbirlər aparmadığına görə mən məsuliyyəti öz üzərimə götürürəm”, - deyə prezident seçki kampaniyasının yekununda vurğulayıb. Obama əlavə edib ki, o, Demokratlar partiyasının nüfuzunun daha da artırılması üçün adminstrasiyanın öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində operativ tədbirlərin görülməsi üçün şərait yaradacaq. /SalamNews/


Story Code: 42940

News Link :
https://www.islamtimes.org/az/news/42940/obama-məsuliyyəti-öz-üzərinə-götürdü

Islam Times
  https://www.islamtimes.org