QR CodeQR Code

BMT TŞ Fələstinə dair qətnaməni qəbul etmədi

31 Dec 2014 11:39

IslamTimes - BMT Təhlükəsizlik Şurasında 8 müvafiq, yalnız 2 müxalif səsin olmasına baxmayaraq Fələstin məsələsinə dair qətnamə layihəsi qəbul edilməyib.


İclasda sənədin qəbulunu təmin edəcək 9 səs toplamaq mümkün olmayıb.    
Qətnamə layihəsini Rusiya daxil olmaqla yalnız 8 dövlət dəstəkləyib, əleyhinə iki dövlət – ABŞ və Avstraliya çıxış edib. Daha beş ölkə bitərəf qalıb.   
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd müstəqil Fələstin Dövlətinin yaradılmasını və Fələstin-İsrail münaqişəsinin tam nizamlanması üçün 12 ay müddət nəzərdə tutur. Qətnamə layihəsi həmçinin Fələstin Dövlətinin suverenliyinin təminatçısı olacaq “üçüncü tərəfin” nəzarəti altında 2017-ci ilin sonunadək İsrail qoşunlarının Fələstin ərazilərindən çıxarılmasını nəzərdə tutur.  
Bundan başqa, sənəddə Şərqi Qüds də daxil olmaqla İsrailin 1967-ci ildən bu vaxtadək işğal altında saxladığı Fələstin torpaqlarında məskunlaşdırılma fəaliyyətinə tamamilə son qoymasının vacibliyi qeyd edilib.


Story Code: 429408

News Link :
https://www.islamtimes.org/az/news/429408/bmt-tş-fələstinə-dair-qətnaməni-qəbul-etmədi

Islam Times
  https://www.islamtimes.org