0
Wednesday 31 December 2014 - 14:18

200 terrorist təslim olub

Story Code : 429450
200 terrorist təslim olub
İnterAz-ın Əfqanstanın Pajwook agentliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalında yerləşən Cəvizcan vilayətində Taliban terror təşkilatının 200 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Cəvizcan təhlükəsizlik qüvvələrinin komandiri Fakir Məhəmməd Cəvizcani etdiyi açıqlama bildirib ki, təslim olan şəxslər əvvəllər Cəvizcanın Darzab bölgəsində hökumət qüvvələrinə qarşı vuruşublar.
Fakir Məhəmməd Cəvizcani, bu hadisənin bir gün qabaq Cəvizcanı ziyarəti zamanı Əfqanıstan prezidentinin birinci müavini General Rəşid Dostumun terrorçulara “təslim olun” çağırışından sonra reallaşdığını qeyd edib.
Təslim olanlar arasında Taliban bölgə komandiri Mövləvi Nemətullahında olduğunu bildirilir.
Comment