0
Thursday 1 January 2015 - 23:23

İŞİD Türkiyə sərhədinə sığındı

Story Code : 429683
İŞİD Türkiyə sərhədinə sığındı
Suriyanın Bab bölgəsində nəzarəti əlində saxlayan İŞİD yaraqlılarının Türkiyə sərhədindən 10 km uzaqlıqda olan mövqeləri koalisiya qüvvələri tərəfindən bombardman edilib.

Şiddətli hava hücumlarına məruz qalan terrorçular qorunmaq üçün daha etibarlı yer olaraq Türkiyə sərhədinə sığınıb. İŞİD üzvlərindən bəziləri isə Bab bölgəsindən ayrılaraq Kilis sərhədindəki qaz yatağına yerləşib.

Təhlükəsizliyi artırmaq məqsədi ilə Türkiyə tərəfi sərhəd xəttində 2-2.5 metr dərinliyində xəndəklər qazdırıb.
Source : Axar.az
Comment