QR CodeQR Code

İraqda daha 5 nəfər həlak oldu

5 Nov 2010 01:22

IslamTimes - İraqda yerli məmurlara və hərbiçilərə qarşı həyata keçirilən hücumlar nəticəsində 5 nəfər həlak olub, 15 yaralanıb.


APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Salah əl-Din şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində üç əsgər həlak olub, arasında mülki şəxslər olmaqla 9 nəfər yaralanıb.
Bağdadın qərbində yerləşən Anbar vilayətinin Kubeysə şəhərinin rəhbəri və onun sürücüsü avtomobillə hərəkət edərkən yol kənarında minaya düşərək həlak olublar.
Polis bu vilayətin bir neçə rayonunda komendant saatı tətbiq edib.


Story Code: 42971

News Link :
https://www.islamtimes.org/az/news/42971/iraqda-daha-5-nəfər-həlak-oldu

Islam Times
  https://www.islamtimes.org