0
Friday 2 January 2015 - 16:07

“2015 Avropa üçün çətin olacaq”

Story Code : 429770
“2015 Avropa üçün çətin olacaq”
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu sözləri Avropa komissiyasının sədri, Leksemburqun keçmiş baş naziri Jan-Klod Yunker deyib. Yunkerin fikrincə, Avropa diqqətini ilk növbədə 315 milyon avro dəyərində qiymətləndirilən investisiya proqramlarının həyata keçirilməsinə və iş yerlərinin açılmasına cəmləməlidir. Avropa komissiyasının başçısı əlavə edib ki, milli büdcənin balanslaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır.
O qeyd edib ki, Avropa Mərkəzi Bankı (AMB) 2015-ci ildə yenə də iqtisadi böhranın nəticələri ilə mübarizə aparmalı olacaq.
Yunkerin fikrincə, Yunanıstanı başına almış böhran AB üçün iqtisadi xaosa çevrilə və başqa ölkələrə də sirayət edə bilər. Belə ki, İtaliya, Portuqaliya və hətta Fransa Kipr ssenarisi yaşaya bilər.
Avropa komissiyasının başçısı vurğulayıb ki, Yunanıstan əhalisinin əksəriyyəti SİRİZA partiyasının solçularfına rəğbət bəsləyir. Bu partiyanın rəhbərliyi ölkənin Beynəlxalq Valyuta Fonduna olan borclarının ödənilməməsi tərəfdarıdır.
Siyasətçinin fikrincə, yaranmış durumu iqtisadi vəziyyətlə yanaşı bəzi ölkələrin birinci şəxslərinin AB-nin siyasətindən narazılıqları daha da dərinləşdirir.
Comment