0
Friday 5 November 2010 - 09:05

Avropada bomba panikası davam edir

Story Code : 42993
Avropada bomba panikası davam edir
Avropada bomba panikası davam edir
Afina şəhərində daxilində bomba olan daha bir paket tapılıb. Fransa səfirliyinin qəbul etməyib karqo şirkətinə geri qaytardığı paket polisin nəzarətində partladılıb.
Karqo uçuşlarının iki gündür təxirə salındığı Yunanıstanda ən yüksək təhlükəsizlik tədbirləri görülür. Daxilində bomba olan paketləri göndərən 2 nəfər həbs edilib, 5 nəfər isə axtarılır.
Şotlandiyada isə Qlzaqo hava limanında şübhəli bir çanta görüldüyü üçün hava limanı boşaldılıb.Daha sonra çantanın təhlükəsiz olduğu müəyyənləşib.
Almaniya son günlərdə bütün Avropada panikaya səbəb olan paket məsələsini Avropa Birliyinin gündəliyinə çıxarmağa hazırlaşır. Almaniya rəsmiləri gələn həftə keçiriləcək Avropa Birliyi Daxili İşlər Nazirlərinin toplantısında məsələnin müzakirə ediləcəyini bildiriblər.
Comment