QR CodeQR Code

İran: "Neftin ucuzlaşmasının qarşısını bir ölkə ala bilər"

3 Jan 2015 13:42

IslamTimes - İran Səudiyyə Ərəbistanını neftin qiymətinin düşməsinin qarşısını almağa çağırıb.


Axar.az xəbər verir ki, İran Səudiyyə Ərəbistanının neftin qiymətinin düşməsinin qarşısını almaq üçün addımlar atmağa çağırıb, belə bir addımın atılmaması durumunda isə bunun böyük problemlər doğuracağını bildirib. Həmçinin, Səudiyyə Ərəbistanının neftlə bağlı apardığı siyasətin yanlış olduğu vurğulanıb.
İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir neftin qiymətinin düşməsinin Yaxın Şərq ölkələrinə böyük zərbə olacağını, bunun da qarşısını yalnız Sədiyyə Ərəbistanının ala biləcəyini bildirib.
Əmir neftin qiymətinin düşməsinin bir çox səbəbləri olduğunu, ancaq bu məsələdə Səudiyyə Ərəbistanının konstruktiv addım ata biləcəyini qeyd edib. Bu durumun bölgə ölkələri üzərində mənfi təsir yaradacağı vurğulanıb.


Story Code: 429970

News Link :
https://www.islamtimes.org/az/news/429970/iran-neftin-ucuzlaşmasının-qarşısını-bir-ölkə-ala-bilər

Islam Times
  https://www.islamtimes.org