QR CodeQR Code

Putin xarici vətəndaşların Rusiya ordusunda hərbi xidmət keçməsi haqqında fərman imzalayıb

3 Jan 2015 15:44

IslamTimes - Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçməsinin qaydalarını müəyyən edən fərman imzalayıb.


APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, xarici vətəndaş olan hərbi qulluqçular hərbi vəziyyət və silahlı münaqişələr şəraitində vəzifələrini beynəlxalq hüququn  qəbul edilmiş prinsipləri və normalarına, Rusiyanın beynəlxalq müqavilələrinə və Rusiya qanunvericiliyinə uyğun olaraq icra edirlər.    
Barəsində istintaq tədbirləri və ya məhkəmə prosesi həyata keçirilən, həbs cəzasının çəkilməmiş hissəsi olan və ya azadlıqdan məhrum edilməklə cəza çəkən xarici vətəndaşlarla müqavilə bağlana bilməz.


Story Code: 429997

News Link :
https://www.islamtimes.org/az/news/429997/putin-xarici-vətəndaşların-rusiya-ordusunda-hərbi-xidmət-keçməsi-haqqında-fərman-imzalayıb

Islam Times
  https://www.islamtimes.org