QR CodeQR Code

“Boko Haram” silahlıları 15 dinc sakini qətlə yetiriblər

4 Jan 2015 07:05

IslamTimes - Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun şimalında avtobusa hücum edib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 15 nəfər ölüb, daha 10 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, silahlıların hücumuna Kusseri-Maura marşrutu ilə hərəkət edən sərnişin avtobusu məruz qalıb.
Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.


Story Code: 430160

News Link :
https://www.islamtimes.org/az/news/430160/boko-haram-silahlıları-15-dinc-sakini-qətlə-yetiriblər

Islam Times
  https://www.islamtimes.org