QR CodeQR Code

Rusiya casusları Gürcüstanda həbs edildi

6 Nov 2010 05:55

IslamTimes - Gürcüstanda Rusiyaya casusluq üstündə 2-si erməni olan 13 nəfər həbs edilib. Onlar hərbi məlumatları Moskvaya sızdırmaqda ittiham olunurlar


Gürcüstan Daxili İşlər Nazirliyinin Əks-Kəşfiyyat Şöbəsi Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə casusluq edən 13 şəxsi həbs edib.
APA-nın xəbərinə görə, bu barədə noyabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Həmin şəxslər ruslar tərəfindən informasiyanı şifrələmək üçün xüsusi kompüter texniki vasitələri və proqramları ilə təmin olunublar.
Həbs olunanların 6 nəfəri Gürcüstan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotudur.
Saxlanılanlar arasında Rusiya vətəndaşı olanlar da var. Verilən məlumata əsasən casuslardan ikisi ermənidir. “Saybolt Georgia” şirkətinin direktoru Armen Gevorkyan və onun müavini Ruben Şikoyan Gürcüstan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri, xarici şirkətlərlə imzalanmış müqavilələrlə bağlı məxfi informasiyaları Rusiya hərbi kəşfiyyatına ötürüb. Həbs olunanlar arasında Rusiya vətəndaşı olan biznesmen Petre Devrişadze və Baş Kəşfiyyat İdarəsinin əlaqələndirici zabiti Yuri Skrilinkov da var.


Story Code: 43042

News Link :
https://www.islamtimes.org/az/news/43042/rusiya-casusları-gürcüstanda-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org