0
Saturday 6 November 2010 - 07:20

ABŞ BMT-nin sualları qarşısında aciz qalıb

Story Code : 43044
ABŞ BMT-nin sualları qarşısında aciz qalıb
ABŞ BMT-nin sualları qarşısında aciz qalıb
Quantanamo həbsxanası və ABŞ əsgərlərinin işğal altında torpaqlarda məhbuslara işgəncə verdiklərinə dair xəbərlər Vaşinqtonun başını ağrıtmağa davam edir.
BMT İnsan Haqları Şurasının Cenevrədəki son toplantısında da bu səbəbdən ABŞ heyəti sərt şəkildə tənqid edilib.
İnsan Haqları Şurasına keçən il qatılan və bu il ilk dəfə bu sahədə hesabat təqdim edən ABŞ çətin suallarla qarşılaşıb.
192 üzv ölkənin təmsilçilərinin iştirak etdiyi toplantıda həm müttəfiq, həm də müttəfiq olmayan ölkələrdən olan diplomatlar oxşar fikirlər səsləndiriblər.
İqri ayrı-seçkilik, qaçqınlarla pis münasibət, aşırı qələbəlik həbsxanalar, əsgərlərin törətdiyi işgəncələr və hələ də qüvvədə olan ölüm cəzası ön plana çıxarılıb.
Yetkililər prezidentin Quantanamonu təkbaşına qapatmasının mümkün olmadığını, Konqresin və məhkəmələrin də dəstəyinə ehtiyac olduğunu deyiblər. Onlar həmçinin qeyd ediblər ki, müttəfiq ölkələrin sərbəst qalacaq məhkumları qəbul etmələri ilə bağlı da problemlər var. /trt/
Comment