0
Saturday 6 November 2010 - 10:22

Avropadakı bağlamaların sahibi tapıldı

Story Code : 43060
Avropadakı bağlamaların sahibi tapıldı
Avropadakı bağlamaların sahibi tapıldı
«Əl-Qaidə» beynəlxalq terrorçu qruplaşmasının Yəmən şöbəsi sentyabrın əvvəllərində Birləşmiş Ərəb Əmirliklərində təyyarənin qəzaya uğramasına və ötən həftə ABŞ-a göndərilən içində partlayıcı olan bağlamalara görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın məlumatına görə, bu barədə təşkilat internet saytlarında müvafiq bildiriş yerləşdirib.
Sentyabrın 3-də Dubaydan Kölnə uçan UPS təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot həlak olmuşdu. Qəzadan öncə pilotlar təyyarənin ön tərəfində yanğın olduğu barədə məlumat vermişdilər.
Ötən həftə isə UPS və FedEx şirkətlərinin poçt yüklərinin arasında Londonda və Dubayda içərisində partlayıcı qurğu olan bağlamalar aşkar edilmişdi. Xüsusi xidmət orqanlarının məlumatına görə, bağlamalar Yəməndəki eyni ünvandan ABŞ-a göndərilib və Çikaqodakı yəhudi təşkilatlarından biri üçün nəzərdə tutulub.
Comment