0
Wednesday 7 January 2015 - 11:21

Yeni Zelandiyada sərnişinlər qəzaya uğrayan təyyarədən paraşütlə tullanıb

Story Code : 430881
Yeni Zelandiyada sərnişinlər qəzaya uğrayan təyyarədən paraşütlə tullanıb
APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, xoşbəxtlikdən sərnişinlər və ekipaj üzvləri xilas ola biliblər.
Hadisə Şimal adasında yerləşən Taupo gölü rayonunda baş verib. “Skydive Taupo” aviaşirkətinə məxsus təyyarədə 6 sərnişin, 6 ekipaj üzvü və komandir olub. Təyyarə yüksəkliyi itirməyə başladıqda, bütün sərnişinlər paraşütlərlə təmin olunub. Onlar ekipaj üzvləri ilə tandem şəklində təyyarədən tullanıblar. Sonuncu cütlük təyyarə gölə düşməzdən bir neçə saniyə əvvəl hava gəmisini tərk edib.
Sərnişinlər və ekipaj üzvləri tibbi müayinədən keçiriliblər. Onların ciddi zədə almadığı aşkarlanıb.
Comment