0
Tuesday 6 January 2015 - 15:58

“Tubzon”a göndərilən islamçı məhbuslardan xəbər var

Story Code : 430988
“Tubzon”a göndərilən islamçı məhbuslardan xəbər var
İslamazeri.az xəbər verir ki, bunu Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi İmran Tağızadə islamçı məhbusların yaxınlarına məhbusların “tubzon”a göndərilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, məhbusların sağlamlığı tam qaydasındadır, onların sağlamlığında heç bir təhlükə yoxdur. Adətən, xəstə məhbuslar üçün nəzərdə tutulan “tubzon”a islamçı məhbsuların gətirilməsi onların 14 saylı cəzaçəkmə müsəssisəsində qaydaları pozaraq qanunsuzluq etdikləri üçündür. Onlar “tubzon”da “kars”dadırlar. 14 saylı həbsxanada istifadəsiz cəzaçəkmə kamerası olmadığından onlar tubzonun nəzdində olan “kars”a gətiriblər.

İslamçı məhbus Araz Quliyevin qardaşı Azər Quliyev idarə rəisi ilə görüşdən narazı qaldığını bildirib: “Əməliyyat-rejim idarəsinin rəisi İmran Tağızadə ilə görüşdük. O, bizə söz verdi ki, narahat olmayın, hər şey qaydasında olacaq. Heç bir narahatlığa da dəyməz. 14 saylı cəzaçəkmə müəssisəsindəki ölüm faktı ilə bağlı cinayət işi açılıb. Bu məhbuslar da orada iğtişaş törədiblər, aksiya keçiriblər və nizamnamənin tələblərini kobudcasına pozublar. Qardaşım Araz da həbsxanada camaat namazı qılanların imam-camaatı olub. Həbsxana rəsmiləri də bu məsələdə Arazın daha çox məsuliyyət daşıdığını bildirdilər. Deyirlər ki, Araz gərək məsuliyyətli olardı, onun arxasında durub namaz qılan və yaxud qılanlar iğtişaş etməzdilər”.

İdarə rəisi onu da qeyd edib ki, dekabrın sonu üçün baş tutan əfv fərmanında bu islamçı məhbusların da adları ola bilərdi. Amma onlar həbsxana daxilində iğtişaş törətdikləri üçün onların əfvə düşməsi qanundan düşüb.
Source : İslamazeri
Comment