QR CodeQR Code

Səudiyyənin vəhabi müftisindən “namuslu fətva”

Faktxeber , 7 Jan 2015 16:10

İslamtimes - Səudiyyə şeyxlərindən olan Nasir Ömər evli bir qadının cinsi ehtiyacı əri tərəfindən təmin olunmasa, ərinin icazəsi ilə başqa bir kişi ilə münasibət qura bilər deyib.


FaktXəbər-in məlumatına görə, Nasir Ömərin verdiyi bu fətva sosial şəbəkələrdə mübahisələr yaradıb və kəskin etirazlara səbəb olub. Bu fətva haqqında verilən ümumi rəylər isə belədir: “Artıq bu iyrənc fətvalara son verilsin. Bu tərz fətva verənlər fətva məqamından uzaqlaşdırılsın. Heç kim insanların əxlaqi dəyərlərini ayaq altına salmağa haqqı yoxdur.”

Qeyd edək ki, Nasir Ömər bir neçə il əvvəl də “cihad nikahı” fətvası vermişdi. O, naməhrəm qadın olmaması halında Suriyada döyüşən terrorçuların öz məhrəmi (ana, bacı, xala kimi) ilə cihad nigahı edə biləcəyini söyləmişdi. Bir müddət sonra isə sıx etirazlar üzündən sözünü dəyişdirmişdi.

Məhrəm qadınlarla cihad nikahının caiz olduğuna fətva verən Nasir Ömərin bu fətvası “Əl-Visal” kanalından yayımlanmışdı.


Story Code: 430991

News Link :
https://www.islamtimes.org/az/news/430991/səudiyyənin-vəhabi-müftisindən-namuslu-fətva

Islam Times
  https://www.islamtimes.org