QR CodeQR Code

Almaniyanın Xarici İşlər Naziri Qəzzaya gedir

6 Nov 2010 15:53

IslamTimes - "Deutsche Welle"-nin verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Naziri Qəzzaya gedəcək.


Almaniyanın Azad Demokrat Partiyasının lideri və ölkənin Xarici İşlər Naziri Quido Vestervellenin səfərinin əsas məqsədi bölgədə sülh danışıqlarına dəstək məqsədi daşıyır. Səfər zamanı o, fələstinli liderlərlə, o cümlədən sionist rejimin nümayəndələri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, bu səfər 2006-cı ildən bəri Alman hökuməti tərəfindən edilən ilk rəsmi səfərdir. Səfər zamanı nazirin Fələstinin qanuni Həmas hakimiyyəti liderləri ilə də görüşlərinin olacağı bildirilir. /Deyerler/


Story Code: 43132

News Link :
https://www.islamtimes.org/az/news/43132/almaniyanın-xarici-işlər-naziri-qəzzaya-gedir

Islam Times
  https://www.islamtimes.org