0
Friday 9 January 2015 - 22:24

Saakaşvilinin adamı: “Tiflis SOCAR-ı çökdürür”

Story Code : 431468
Saakaşvilinin adamı: “Tiflis SOCAR-ı çökdürür”
Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib.

O, “Rosneft”in Gürcüstan bazarına girişinin əsas səbəbinin SOCAR-ın Gürcüstan bazarında payının ixtisarına yönəldiyini bildirib:

“David Yakobaşvilinin Moskvadan idarə etdiyi “Petrocas Energy Group” şirkəti Cənubi Qafqazda Xəzər neftinin Qara dənizə və əksinə nəqlində geniş xidmətlərə sahib idi. Həmçinin, kompaniyanın ixtiyarında Gürcüstanda “Gulf” adlanan geniş yanacaqdoldurma şəbəkəsi, 7-8 milyon ton nefti qəbul etmək və Ermənistanı tam olaraq yanacaqla təmin etməkdən ötrü Poti limanı var. Aydındır ki, Gürcüstanda neft məhsullarının pərakəndə ticarətində bazarda lider rolunu SOCAR yerinə yetirir. İlk baxışdan yuxarıda söylədiyimiz məqam Azərbaycanın dövlət neft kompaniyası üçün tam normal rəqabət şəraiti yaradır. Amma bu yalnız ilkin baxışdır. Bəllidir ki, “Petrocas”la bağı olan bu fəaliyyət SOCAR-ın Gürcüstan bazarında payının ixtisar edilməsinə yönəlib. Xüsusi zəka lazım deyil ki, bunun necə hamar şəkildə aparılmasını anlayasan. Lakin bu məsələ yaxın gələcəkdə olacaqlarla müqayisədə çox kiçik amildir”.

Bayramov “Rosneft”in Gürcüstana iki ölkənin rəhbərliyinin icazəsi olmadan girə bilməyəcəyini söyləyib:

“Belə bir böyük müqavilənin Kremllə Gürcüstan hakimiyyətinin razılığı olmadan həyata keçirilməsini düşünmək sadəlövhlük olardı. Bu hələ başlanğıcdır. Əlbəttə, çoxları etiraz edir ki, əsas idarə paketi Yakobidzenin əlindədir. Əgər Yakobidze “Rosneft”ə böyük bir hissəni satıbsa, kim gələcəkdə zəmanət verə bilər ki, o digər hissələrini də satmayacaq? Axı şübhə yoxdur ki, Kremlin iradəsi olan kimi Yakobidze bunu bir saniyə belə düşünmədən edəcək. Baxın, 2003-cü ildə şirkətin 45%-nin sahibi “Krasnodarneftqaz”da olur. O, 2004-cü ildə bu payı “Rosneft”ə satır. Üstündən 10 il keçdikdən sonra kompaniyanın esk-sahibi “Vimm-Bill-Dann” 2013-cü ildə “Petrocas”ın əsas idarə paketlərini yenidən əldə edir. 1 il sonra isə öz payını ABŞ və Avropanın sanksiyaları altında olan Rusiyanın nəhəng kompaniyası “Rosneft”ə satır. Bu, 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayaraq, onun torpaqlarının 20%-ni anneksiya edən və Gürcüstanda imperialist siyasətini həyata keçirməklə gələcəkdə Cənubu Qafqazın işğalını nəzərdə tutan dövlətin şirkətidir”.

O, Kremlin Gürcüstandan Azərbaycana qarşı şantaj üçün istifadə etdiyini bildirib:

“Rusiyanın Gürcüstanla əvvəlki əlaqə vasitələrini bərpa etməsi Moskvanın Qafqazda öz mövcudluğunu gücləndirmək istəməsiylə bağlıdır. “Rosneft” Gürcüstanın qanunlarını pozaraq aktiv olaraq Abxaziya ilə işləyir. Hakimiyyət istənilən halda gələcəkdə biznesə qarışmamaq bəhanəsiylə sakit duracaq. Onlar bu variantdan Kremlin maraqlarına uyğun olaraq Saakaşvilinin siyasi təqibi zamanı istifadə edirdilər. Əvvəllərdə dediyim kimi, Kreml Gürcüstanda öz planlarını reallaşdıraraq, Azərbaycan hakimiyyətinə şantaj üçün universal vasitələr əldə edir. Bu reallaşdırma sırasına Gümrüdəki bazaya qədər uzanacaq infrastruktur da aiddir. Buraya biz Dağlıq Qarabağ, Abxaziya və Sxinvali regionu faktorlarını, həmçinin neft və neft məhsullarının nəqli ilə bağlı xidmətləri əlavə etsək, Qafqazda Kremlin hökmranlığının qarşısında dura bilən çətin illəri əldə etmiş oluruq”.
Source : Axar.az
Comment