0
Sunday 7 November 2010 - 07:59

İsrail qorxu içində

Story Code : 43149
İsrail qorxu içində
İsrail qorxu içində
ABŞ və müttəfiqləri Sovetlər İttifaqını supergüclər siyahısından silməklə dünyaya təkbaşına hakimiyyət edəcəyini düşünürdü. Amma Ağ Ev bütün varlıq aləminin, eləcə də planetimizin ziddiyyətlər üzərində yaşaması kimi zərurəti yaddan çıxarırdı. Bəli, Sovetlər İttifaqı ömrünü başa vurdu. Amma ABŞ daha güclü bir qütblə, İran və onun müttəfiqləri ilə üzbəüz dayanmalı oldu.
ABŞ-ın ideoloji ilham mənbəyi olan İsraildə ötən gün böyük həyəcan yaşanıb. MIGnews Küveytin Al-Seyassah qəzetinə istinadən yazır ki, Livan Hizbullahı İrandan olduqca təhlükəli silah partiyası qəbul edib. Belə ki Tehran Beyruta 3 tip aviaqurğu təqdim edib. Sionistlərin əfsanə-silah adlandırdığı və 1000 kilometri vuran Şimşək pilotsuz təyyarələri Tel-Əvivi bir-birinə qarışdırıb. Bəli, görünür yarım əsrdən çox rejionda qətliamla məşğul olan, dünyanı özünə qul sayan sionistlərin müstəbidliyinə son verilmə vaxtı çatıb. Məlumat İran tərəfindən hələ ki təsdiqlənməyib. /HaqqYolu/
Comment