0
Sunday 11 January 2015 - 16:10

Qətliama müsəlman gənc mane olub

Story Code : 431811
Qətliama müsəlman gənc mane olub
Musavat.com-un məlumatına görə, müsəlman gənc müştəriləri dərin soyuducuda gizlədərək, xilas edib.

Lassana Bazili adlı gənc basqın zamanı 15 müştərini marketin altındakı anbara endirib və buradakı böyük soyuducuya salıb. Özü isə marketə çıxıb.

Malidən olan 24 yaşlı gənc televiziya kanalına verdiyi açıqlamada deyib: “Soyuducunu elektrikdən ayırıb, anbarının işığını söndürdüm. İçəridə gizlətdiyim adamlara sakit və səssiz olmalarını, sonra gəlib, onları xilas edəcəyimi dedim”.

Müsəlman gənc social şəbəkələrdə fransızlar tərəfindən "qəhrəman" elan edilib və çox sayda təbrik mesajı alıb.

Qeyd edək ki, Parisdə yanvarın 8-də bir polisi öldürən Amedi Coulibali adlı tərrorçu yanvarın 9-da yəhudilərə aid bir marketə basqın edərək dörd nəfərin ölümünə səbəb olduqdan sonra polis əməliyyatı nəticəsində ələ keçirilib.
Source : Musavat
Comment