0
Saturday 10 January 2015 - 16:51

İslamçı məhbusların kars müddəti uzadıldı

Story Code : 431836
İslamçı məhbusların kars müddəti uzadıldı
İslamazeri.az-ın əldə etdiyi məlumata görə, eyniadlı həbsxanada məhkum həyatı yaşayan islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova növbəti işgəncələr verilib. Belə ki, hər iki islamçı məhbusun "kars" müddəti uzadılıb.
Xatırladaq ki, ötən ilin dekabrın 22-də 14 saylı cəza çəkmə müəssisəsində məhkumun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verib. Baş verən hadisə ilə əlaqədar olaraq, məhbuslar etiraz aksiyası keçiriblər. Elə həmin hadisədən sonra islamçı məhbuslar başda olmaqla digər məhbuslara da işgəncələr verməyə başlayıblar. R.Ağalı və İ.Hətəmov da həmin hadisədən sonra 15 günlük "kars"a salınıb.
Source : Islamazeri
Comment