QR CodeQR Code

İslamçı məhbusların kars müddəti uzadıldı

Islamazeri , 10 Jan 2015 16:51

İslamtimes - İslamçı məhbuslar olan Rza Ağalı və İlham Hətəmov yenidən "kars"a salınıb.


İslamazeri.az-ın əldə etdiyi məlumata görə, eyniadlı həbsxanada məhkum həyatı yaşayan islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova növbəti işgəncələr verilib. Belə ki, hər iki islamçı məhbusun "kars" müddəti uzadılıb.
Xatırladaq ki, ötən ilin dekabrın 22-də 14 saylı cəza çəkmə müəssisəsində məhkumun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verib. Baş verən hadisə ilə əlaqədar olaraq, məhbuslar etiraz aksiyası keçiriblər. Elə həmin hadisədən sonra islamçı məhbuslar başda olmaqla digər məhbuslara da işgəncələr verməyə başlayıblar. R.Ağalı və İ.Hətəmov da həmin hadisədən sonra 15 günlük "kars"a salınıb.


Story Code: 431836

News Link :
https://www.islamtimes.org/az/news/431836/islamçı-məhbusların-kars-müddəti-uzadıldı

Islam Times
  https://www.islamtimes.org