0
Tuesday 13 January 2015 - 10:38

Obamadan demokratiyaya zidd daha bir açıqlama

Story Code : 432159
Obamadan demokratiyaya zidd daha bir açıqlama
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti işğalçı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.
“Prezident Obama ABŞ-ın mövqeyini bir daha təsdiqləyib. Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmağa hüququ yoxdur. Fələstin dövlət olmadığına görə bu quruma qoşula bilməz. Bu konstruktiv addım deyil,”, Ağ Evin məlumatında deyilir.
Məlum olduğu kimi, BMT-nin Baş katibi Pan Qi Mun Fələstinin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Məhkəməyə üzvlük  Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.
Comment