0
Tuesday 13 January 2015 - 11:33

"Boko Haram"ın 150-yə yaxın üzvü öldürüldü

Story Code : 432176
"Boko Haram"ın 150-yə yaxın üzvü öldürüldü
Kamerun Silahlı Qüvvələri “Boko Haram” terror qruplaşmasının 150-yə yaxın üzvünü zərərsizləşdirib. ANS PRESS xəbər verir ki, bu barədə AFP agentliyi Kamerun hökumətinə istinadən xəbər verir.
Məlumata görə, yanvarın 12-də “Boko Haram” silahlıları Kamerunun Kolofata şəhərində yerləşən hərbi bazaya hücum ediblər və hökumət qüvvələrinin özünmüdafiəsi nəticəsində xeyli terrorçu öldürülüb. Şəhərdə şiddətli atışmaların getdiyi bildirilir.
Əhali isə Kolofatanı kütləvi şəkildə tərk etməyə başlayıb.
Comment