0
Wednesday 14 January 2015 - 15:14

Anar Məmmədlinin vəkili Ali Məhkəməyə şikayət edəcək

Story Code : 432455
Anar Məmmədli
Anar Məmmədli
Bu barədə Modern.az saytına vəkil özü məlumat verib: “Anar Məmmədli 13 saylı Cəzaçəkmə Müəssisəinə köçürüləndən sonra görüşə bilməmişik. Görüş üçün Penitensiar Xidmətin razılığı olmalıdır. Xidmətə yazılı müraciət etsək də, icazə məktubu gəlməyib. Anar Məmmədli ilə görüşüb Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət barədə bir sıra məsələləri müzakirə edəcəyik. Həm Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə, həm mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya, həm də Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova bəraət istəyirik”.

Bakı Ağır Cinayətlər Məhkəməsi külli miqdarda mənimsəmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə aparılan iş üzrə Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.
Source : Modern.az
Comment