QR CodeQR Code

ABŞ və Ukrayna Rusiyaya qarşı birləşdi

Axar.az , 14 Jan 2015 15:18

İslamtimes - ABŞ Hərbi Dəniz Donanması Qara dənizdə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə hərbi təlimlər keçirib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyindən məlumat verilib.

“Təlimlərdə ABŞ-ın “Donald Kuk” raket esminesi və Ukrayna HDQ-nin “Getman Saqaydaçnıy” freqatı iştirak edib. Hər iki tərəf təlim zamanı regionda təhlükəsizliyin qaldırılması ilə bağlı böyük təcrübə əldə etdi”, - “Donald Kuk” gəmisinin operativ məsələlər üzrə zabitinin köməkçisi leytenant Antoni Melendes-Dias deyib.

Xatırladaq ki, Krım böhranından sonra ABŞ və NATO hərbi gəmiləri mütəmadi olaraq Qara dəniz akvatoriyasına daxil olurlar.


Story Code: 432457

News Link :
https://www.islamtimes.org/az/news/432457/abş-və-ukrayna-rusiyaya-qarşı-birləşdi

Islam Times
  https://www.islamtimes.org