0
Thursday 15 January 2015 - 09:57

ABŞ dövlət katibi və İran XİN rəhbərinin görüşü 5 saat davam edib

Story Code : 432615
ABŞ dövlət katibi və İran XİN rəhbərinin görüşü 5 saat davam edib
"RealnieNovosti"-nin verdiyi xəbərə görə, İranın nüvə proqramına həsr olunmuş danışıqlar bağlı qapılar arxasında keçirilib.
Qeyd olunur ki, həmçinin Kerri və Zərif bir yerdə Cenevrədə yolüstü gəzişiblər. “Biz gərgin işləyirik”, ABŞ diplomatiyasının rəhbəri jurnalistlərə deyib.
Adıçəkilən görüşdən dərhal sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şerman İran nümayəndələri ilə məsləhətləşmələr aparacaq. Yanvarın 18-də isə Cenevrədə İranla “altılıq” ölkələri arasında danışıqların yeni raundu başlayacaq. /apa/
Comment