QR CodeQR Code

Netanyahu Amerikaya yola düşüb

7 Nov 2010 18:23

IslamTimes - Netanyahu Obama Amerikada olmayan bir vaxtda bu ölkəyə səfərə yollandı


“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu Amerikaya yola düşüb.
Netanyahu Amerikadakı yəhudi icmasının təşkil etdiyi mərasimdə iştirak edəcək. O burada Birləşmiş Ştatların vitse-prezidenti ilə görüşəcək.
Əldə olunan məlumatlara əsasən Netanyahu bazar ertəsi BMT-nin baş katibi Pan Gi Mun ilə görüş keçirəcək. Bu görüş bir halda baş tutur ki, bir neçə gün öncə BMT İsraili Fələstin torpaqlarında şəhərsalmanı davam etdirdiyinə görə qınamışdı. BMT verdiyi açıqlamada bildirmişdi ki, İsrailin bu işi BMT-nin qanunlarını pozmaqdır.
Netanyahu cümə axşamı günü Amerikanı tərk etməzdən öncə ABŞ-ın dövlət katibi Hilari Klintonla görüşəcək.
Maraqlısı budur ki, Netanyahu Obama Amerikada olmayan bir vaxtda bu ölkəyə səfər edib. Nəzərinizə çatdıraq ki, Obama Asiya ölkələrinə 10 günlük səfər məqsədilə Amerikanı tərk edib.
Netanyahunun Amerikaya səfərinin əsas məqsədi Fələstinlə dayandırılmış sülh danışıqları olduğu bildirilir.


Story Code: 43298

News Link :
https://www.islamtimes.org/az/news/43298/netanyahu-amerikaya-yola-düşüb

Islam Times
  https://www.islamtimes.org