0
Sunday 18 January 2015 - 09:25

Kanadada naməlum şəxs 2 polisi güllələyib

Story Code : 433348
Kanadada naməlum şəxs 2 polisi güllələyib
Ağır güllə yaraları almış asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.  
İnsident polis əməkdaşları Sent Albert şəhərində yerləşən qolf klubunda istintaq tədbirləri apararkən baş verib.  
Atəş açan şəxs hadisə yerini tərk edib. Cinayəti törətməkdə ağdərili 25-30 yaşlı kişi şübhəli bilinir. Onun müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır.
Comment