0
Sunday 18 January 2015 - 10:32

Kuba və ABŞ gələn həftə səfirliklərin açılması məsələsini müzakirə edəcək

Story Code : 433361
Kuba və ABŞ gələn həftə səfirliklərin açılması məsələsini müzakirə edəcək
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in açıqlamasında deyilir.
Qeyd edək ki, yanvarın 21-də nümayəndə heyətləri miqrasiya məsələləri, əsasən də, qeyri-qanuni miqrasiya və gizli sahibkarlıq ilə mübarizə tədbirləri müzakirə olunacaq.
Yanvarın 22-də isə diplomatik münasibətlərin bərpası, həmçinin, səfirliklərin fəaliyyətinin  bərpası məsələsi ilə bağlı ilk görüşün keçirilməsi planlaşdırılıb.   
Kuba XİN rəhbərinə görə, danışıqlarda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson rəhbərlik edəcək.
Comment