QR CodeQR Code

Kuba və ABŞ gələn həftə səfirliklərin açılması məsələsini müzakirə edəcək

18 Jan 2015 10:32

IslamTimes - Kuba və ABŞ nümayəndə heyətləri münasibətlərin normallaşdırılmasına dair danışıqların gələn həftə Havanada keçiriləcək birinci raundu zamanı səfirliklərin açılması məsələsini müzakirə edəcəklər.


APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in açıqlamasında deyilir.
Qeyd edək ki, yanvarın 21-də nümayəndə heyətləri miqrasiya məsələləri, əsasən də, qeyri-qanuni miqrasiya və gizli sahibkarlıq ilə mübarizə tədbirləri müzakirə olunacaq.
Yanvarın 22-də isə diplomatik münasibətlərin bərpası, həmçinin, səfirliklərin fəaliyyətinin  bərpası məsələsi ilə bağlı ilk görüşün keçirilməsi planlaşdırılıb.   
Kuba XİN rəhbərinə görə, danışıqlarda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson rəhbərlik edəcək.


Story Code: 433361

News Link :
https://www.islamtimes.org/az/news/433361/kuba-və-abş-gələn-həftə-səfirliklərin-açılması-məsələsini-müzakirə-edəcək

Islam Times
  https://www.islamtimes.org