QR CodeQR Code

Floridada ticarət mərkəzində atışma olub, ölən və yaralananlar var

18 Jan 2015 11:35

IslamTimes - ABŞ-ın Florida ştatının Melburn şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident Melbourne Square" ticarət mərkəzində baş verib. Atəş açan şəxs 2 nəfəri yaralayıb, onlardan biri sonradan aldığı yaradan keçinib. 
Ölən və yaralanan şəxslərin kimliyi hələlik müəyyən olunmayıb. Məlum olub ki, iki nəfəri yaralayan şəxs sonda özünə atəş açaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır. 


Story Code: 433373

News Link :
https://www.islamtimes.org/az/news/433373/floridada-ticarət-mərkəzində-atışma-olub-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org