QR CodeQR Code

Ollanddan Ərdoğana tikanlı sözlər

Islaminsesi , 18 Jan 2015 14:22

Islamtimes - Fransa Prezidenti Fransua Olland “Şarli Hebdo” jurnalındakı karikaturaya etiraz olaraq keçirilən nümayişlərə münasibət bildirib.


Qeyd olunur ki, Olland Fransanın öz dəyərləri olduğunu açıqlayıb.

“Bu dəyərlərdən biri də ifadə azadlığıdır. Biz o aksiyalara keçirilən ölkələrə terrorla mübarizədə dəstək veririk. Ancaq o aksiyaların keçirildiyi ölkələrdə ifadə azadlığı yoxdur. Dolayısı ilə ifadə azadlığını anlamırlar”, - deyə prezident vurğulayıb.

Türkiyədə də bu nümayişlərin keçirildiyini yazan odatv.com Ollandın çıxışında Ərdoğan hökumətinə bir eyham olduğuna diqqət çəkib.

Türkiyənin “Cümhuriyyət” qəzetində də peyğəmbərin karikaturasının dərc edilməsinə Baş nazir Əhməd Davudoğlu sərt şəkildə etirazını bildirmişdi.


Story Code: 433389

News Link :
https://www.islamtimes.org/az/news/433389/ollanddan-ərdoğana-tikanlı-sözlər

Islam Times
  https://www.islamtimes.org