0
Saturday 17 January 2015 - 14:44

Azərbaycan həbsxanasında ŞOK biabırçılıq

Story Code : 433398
Azərbaycan həbsxanasında ŞOK biabırçılıq
Axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib.

Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın oğlunun olduğu bildirilir. Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov axar.az-a açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqləyib. E.Behbudov bildirib ki, bu yaxınlarda bir qrup məhkumun valideyni ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri L.Quliyevanın övlad dünyaya gətirdiyini bildirib.

“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”, - deyə komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, L.Quliyevanın olduğu həbsxanada yalnız rəis və nəzrətçilər kişidir: “Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustan qapalı həbsxanasındadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər halda, araşdırma aparılmalıdır”.

Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib.

Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın oğlunun olduğu bildirilir. Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov axar.az-a açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqləyib. E.Behbudov bildirib ki, bu yaxınlarda bir qrup məhkumun valideyni ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri L.Quliyevanın övlad dünyaya gətirdiyini bildirib.

“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”, - deyə komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, L.Quliyevanın olduğu həbsxanada yalnız rəis və nəzrətçilər kişidir: “Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustan qapalı həbsxanasındadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər halda, araşdırma aparılmalıdır”.

Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Source : Axar.az
Comment