0
Wednesday 21 January 2015 - 11:24

Rusiya viza qaydalarını sərtləşdirdi

Story Code : 434066
Rusiya viza qaydalarını sərtləşdirdi
Axar.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiyasiyasından bildiriblər.  Yeni anketlər Federal Miqrasiya Xidmətinin saytında yerləşdirilib. Müvafiq sənəddəki qrafada vizaya müraciət edən şəxs baş çəkəcək yaşayış məntəqələrinin adlarını göstərməlidir. İddiaçı həmçinin miqrasiya qeydiyyatının ünvanı ilə yanaşı dəvət və qarşılayan tərəf barədə məlumat verməlidir.
Rusiya Turoperatorlar Assosiyasiyası bildirib ki, yeni qaydalar Rusiya vizasının alınmasının “qeyri-asan və uzun” olduğu təəssüratı bağışlaya bilər.
Onu da bildirək ki, Azərbaycandan Rusiyaya gedənlərin say nisbətində azalma müşahidə olunsa da, yeni qaydaların gediş-gəlişə əngəl törədəcəyi şübhəsizdir. Bundan başqa, alınan tədbirlər qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün tətbiq edildiyindən, bu ölkədə yaşayan azərbaycanlı miqrantlar üçün əlavə problemlər aça bilər.
Comment