0
Thursday 22 January 2015 - 09:29

Londonda “İŞİD”ə qarşı beynəlxalq müşavirə keçiriləcək

Story Code : 434256
Londonda “İŞİD”ə qarşı beynəlxalq müşavirə keçiriləcək
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, koalisiyanın ilk ümumi görüşündə İraq və Suriyada fəaliyyət göstərən silahlılara qarşı mübarizənin yeni mərhələsi müzakirə ediləcək.
“İŞİD-ə qarşı qlobal koalisiyanın görüşü” adlanan tədbirin həmsədrləri qismində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond və ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edəcəklər. 
Müşavirədə Avstraliya, Bəhreyn, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Misir, İordaniya, İraq, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Niderland, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə və Fransanın nümayəndələri iştirak edəcək.
Tədbirdə həmçinin İraqın Baş naziri Heydər əl-Abadinin iştirakı da gözlənilir. Görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
Comment