QR CodeQR Code

Kərbəlada 8 iranlı zəvvar şəhid olub

IRIB , 8 Nov 2010 23:36

Islamtimes - Müqəddəs Kərbəla şəhərində bir maşına yerləşdirilmiş bir bomba partlayışında 12 nəfər şəhid olub. Onlardan 8 nəfəri iranlıdır.


Kərbəla səhiyyə idarəsinin müdiri Əla Mahmud Fars İnformasiya Agentliyinə verdiyi müsahibədə bildirib: Bazar ertəsi səhər çağı (8 noyabr) Babul Tərvic məntəqəsində Kərbəla şəhərinin girişində bir maşına yerləşdirilmiş bomba partlayıb. Hadisədə daha 38 nəfər yaralanıb. Yaralananların 20 nəfəri iranlıdır.

İraqda siyasi quruplaşmaların baş nazir Nuri əl-Maliki ilə yenidən razılığa gəlmə astanasında ölkədəki siyasi gedişatı məğlubiyyətə sövq etdirmək üzrə terror əməliyyatları genişlənib.

Bu terror əməliyyatlarında Ərəbistanın müdaxiləsinin olduğu bildirilir.

Bu məlumatlı qaynaqlara gəlincə iraqlı qrupların Ərəbistan kralının Ərriyada İraq dövlətinin yaradılması bardə müzakirənin aparılması ilə əlaqədar fikri irəli sürməsinə etiraz əlaməti ardınca, İraqda terrorçu qruplaşmaların təchiz edilməsində müdaxiləsi olan Ərəbistan Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Bəndər Bin Sultan rəsmi Bağdadı təzyiqə məruz etmək məqsədi ilə bu terror əməliyyatlarını təşkil edib.


Story Code: 43434

News Link :
https://www.islamtimes.org/az/news/43434/kərbəlada-8-iranlı-zəvvar-şəhid-olub

Islam Times
  https://www.islamtimes.org