0
Tuesday 9 November 2010 - 08:44

Ohanyan şəhidlərimizin dəfnindən qəzəbləndi

Story Code : 43485
Ohanyan şəhidlərimizin dəfnindən qəzəbləndi
Ohanyan şəhidlərimizin dəfnindən qəzəbləndi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bazar ertəsi günü İctimai televiziyaya verdiyi müsahibədə öz erməni həyasızlığını bir daha ortaya qoyaraq deyib: “Hamını əmin etmək istəyirəm ki, Ermənistan ordusu xüsusilə Arsaxda (Qarabağda) qarşı tərəfi sülhə vadar edəcək və onların müharibə bəyanatları bəyanat olaraq qalacaq.”
Ohanyan Azərbaycan hökumətinin müharibə bəyanatlarının təzə olmadığını və erməni ordusunun müdafiə qüdrətini yada salıb. Newsarmenia yazır ki, erməni nazir şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun milli qəhrəman olaraq fəxri xiyabanda təntənəli dəfnini sülh proseslərinə zərərli sayıb. /HaqqYolu/
Comment