QR CodeQR Code

Ohanyan şəhidlərimizin dəfnindən qəzəbləndi

9 Nov 2010 08:44

IslamTimes - Seyran Ohanyan: “Hamını əmin etmək istəyirəm ki, Ermənistan ordusu xüsusilə Arsaxda (Qarabağda) qarşı tərəfi sülhə vadar edəcək və Azərbaycanın müharibə bəyanatları bəyanat olaraq qalacaq.”


Ermənistanın müdafiə naziri Seyran Ohanyan bazar ertəsi günü İctimai televiziyaya verdiyi müsahibədə öz erməni həyasızlığını bir daha ortaya qoyaraq deyib: “Hamını əmin etmək istəyirəm ki, Ermənistan ordusu xüsusilə Arsaxda (Qarabağda) qarşı tərəfi sülhə vadar edəcək və onların müharibə bəyanatları bəyanat olaraq qalacaq.”
Ohanyan Azərbaycan hökumətinin müharibə bəyanatlarının təzə olmadığını və erməni ordusunun müdafiə qüdrətini yada salıb. Newsarmenia yazır ki, erməni nazir şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun milli qəhrəman olaraq fəxri xiyabanda təntənəli dəfnini sülh proseslərinə zərərli sayıb. /HaqqYolu/


Story Code: 43485

News Link :
https://www.islamtimes.org/az/news/43485/ohanyan-şəhidlərimizin-dəfnindən-qəzəbləndi

Islam Times
  https://www.islamtimes.org