QR CodeQR Code

BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə iclas keçiriləcək

25 Jan 2015 10:07

IslamTimes - Yanvarın 26-da BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə fövqəladə iclasın keçirilməsi planlaşdırılır.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.
“Bəyanatın mətninə dair danışıqlar davam edir. Çox güman ki, Təhlükəsizlik Şurasının Ukraynadakı son hadisələr ilə əlaqədar iclası yanvarın 26-da baş tutacaq”, deyə mənbə bildirib. 
Qeyd olunur ki, bəyanat layihəsini Böyük Britaniyanın nümayəndə heyəti irəli sürüb.


Story Code: 434922

News Link :
https://www.islamtimes.org/az/news/434922/bmt-təhlükəsizlik-şurasında-ukrayna-üzrə-iclas-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org