0
Tuesday 9 November 2010 - 11:09

Kanadadan işğalçı İsrailə tam dəstək

Story Code : 43496
Kanadadan işğalçı İsrailə tam dəstək
Kanadadan işğalçı İsrailə tam dəstək
“IslamTimes”-ın “TimeTurk”-ə istinadən verdiyi xəbərə əsasən, Kanada Baş naziri Stefan Harper ölkəsinin, İsrailə ediləcək istənilən bir hücumda bu ölkəyə kömək edəcəyini ifadə edərək, dedi: “Kanada, istənilən bir şəraitdə, hər zaman İsrailin yanında olacaq”.
Harper, Kanada Federal Parlament binasında, Holokost Təhsil Həftəsi münasibətilə təşkil edilən konfransda çıxış etdi.
Harper İsrailin Fələstin xalqını qətliam etməsinə, onları yurdlarından çıxararaq didərgin salmalasına göz yumdu. İsrail hazırda Fələstin torpaqlarında minlərlə yəhudi ailəsi üçün mənzillər inşa edir. İsrail BMT, UNESCO, UNICEF kimi beynəlxalq təşkilatların etirazına baxmayaraq öz çirkin əməllərindən əl çəkmir.
Harper, yəhudilərlə düşmənçiliyin Kanadada və dünyada getdikcə alovlanmaqda olduğunu bildirib. Kanada Baş Naziri deyib: “Bəziləri Yəhudilərə, ana vətənləri olan İsraildə etdiklərini də insan haqqları bəhanəsi ilə tənqid edirlər. İsrail, dünyada varlığı təhlükə altında olan yeganə ölkədir. Biz də mənəvi olaraq daim İsrailin arxasındayıq”. Harper bildirib ki, o İsraili müdafiə etdiyi üçün BMT-də nüfuzunu itirib. BMT Kanadını “İsrailin sadiq müdafiəçisi” adlandırır. Kanada Baş Naziri bildirib ki, BMT və ya digər beynəlxalq bir forumda İsrailə qarşı çıxmaqla daha böyük nüfuz əldə edə bilərdik. Ancaq mən bunu etmədim. “İstənilən bir şəraitdə Kanada, İsrailin yanında olacaq”
Comment